İqtisadiyyat
SOCAR-ın prezidenti Gürcüstanın baş naziri ilə görüşüb
Bakı. 17 aprel. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (
SOCAR) prezidenti Rövnəq Abdullayev Gürcüstanda səfərdədir. "Report"un "Azərtac"a istinadən verdiyi xəbərə görə, R.Abdullayev aprelin 17-də Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əlaqələr, enerji sahəsində əməkdaşlığın perspektivləri, SOCAR-ın bu ölkədə həyata keçirdiyi və nəzərdə tutulan layihələr barədə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində R.Abdullayevin Gürcüstanın digər rəsmi şəxsləri ilə görüşü və Azərbaycan-Gürcüstan birgə əməkdaşlıq layihələri əsasında inşa olunmuş bəzi tikinti obyektlərinin açılışında iştirakı da nəzərdə tutulub.