İqtisadiyyat

​SOCAR-ın Novorossiysk limanından neftin ixracını 2 dəfə artırıb

Metbuat.az

Məlumata görə, müvafiq olaraq Supsa limanından ixrac edilən neftin həcmi 4,94% artıb, Ceyhan limanından neftin ixracı isə 27,97% azalıb.


Ümümilikdə, bu ilin yanvar-mart ayları ərzində SOCAR Novorossiysk limanından 423,8 min ton, Supsa limanından 762,3 min ton, Ceyhan limanından isə 4 554,4 min ton xam neft ixrac edib. Ötən ilin eyni dövrü ilə müqayisədə Novorossiysk limanından ixrac edilən neftin həcmi 66,63% artıb, Supsa limanından 5,56% azalıb, Ceyhan limanından yüklənən neftin həcmi isə 2,99% azalıb.


SOCAR bəyan edib ki, şirkət tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.