İqtisadiyyat

SOCAR-ın məcmu borcu 7 mlrd. dollara çatıb

Metbuat.az

"Report"un verdiyi xəbərə görə, bunu SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov Xəzər Avropa Klubunun (CEC) üzvləri ilə görüşdə bildirib: "

Bu vəsait böyük görünsə də, SOCAR-ın maliyyə strategiyasına uyğundur".

"Borcun struktruna baxsaq görərik ki, onun 1 mlrd. dollarını "SOCAR Trading" şirkətinin qısamüddətli borclanması təşkil edir. Bu, neftin alışı və satışı ilə bağlı olan qısamüddətli borclanmadır. Daha 1 mlrd. dollar isə Türkiyədəki layihələrimizlə bağlı, 1 mlrd. dollara qədər vəsait isə "Azəri-Çıraq-Günəşli" layihəsində faiz payının alınması üçün Dövlət Neft Fondundan cəlb olun borclanmadır", - deyə S.Qasımov qeyd edib.


Şirkət rəsmisi əlavə edib ki, SOCAR-ın ümumi kredit borcları idarə olunur, hesablanan faizlər vaxtında ödənilir, irihəcmli korporativ istiqrazlarının uğurla yerləşdirilməsi isə Şirkətin etibarlı tərəfdaş olduğunu sübut edir.