Texnologiya

SOCAR-ın işçilərinə informasiya təhlükəsizliyi üzrə kurs keçirilib

Metbuat.az

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) informasiya təhlükəsizliyinin gücləndirilməsi ilə əlaqədar mütəmadi olaraq mühüm tədbirlər həyata keçirilir.


 


Şirkətdən verilən məlumata görə, aprelin 6-7-də SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsində (TTSİ) şirkətin idarə və təşkilatlarından dəvət olunmuş 14 nəfərlik qrup üçün “ISO/IEC 27001” informasiya təhlükəsizliyi Beynəlxalq Standartı üzrə kurs keçirilib.



Kurs müddətində iştirakçılara “ISO/IEC 27001” idarəetmə standartının mahiyyəti, üstünlükləri, maddələri və müəssisədə tətbiqi nəzəri və praktiki olaraq tədris olunub. Beynəlxalq kursu bitirən dinləyicilər öz müəssisələrində “ISO/IEC 27001” standartının tətbiq olunmasında fəal iştirak edəcəklər.


 


CAHANGİR