İqtisadiyyat
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
SOCAR-ın Gürcüstana satdığı təbii qazın qiymətində artım gözlənilmir
Tbilisi, 18 aprel,
AZƏRTACSOCAR-ın Gürcüstana satdığı təbii qazın qiymətində artım gözlənilmir.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstanda satdığı yanacaq məhsullarının qiymətinin artması ilə bağlı məlumatların heç bir əsası yoxdur. Bunu jurnalistlərə müsahibəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
R.Abdullayev bildirib ki, SOCAR-ın Gürcüstana satdığı təbii qazın qiyməti Azərbaycan və Gürcüstan dövlətləri arasında imzalanan saziş əsasında tənzimlənir. Təbii qazın təminatında bahalaşma gözlənilmir.
“Benzinin qiymətinin artması və yaxud azalması isə bazardan asılıdır. Bazarın tələbinə uyğun olaraq bu qiymətlər arta və ya azala bilər”, - deyə R.Abdullayev vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi