Ölkə

SOCAR 3 ayda 340 milyondan çox vəsait ödəyib

Metbuat.az

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2015-ci ilin mart ayında dövlət büdcəsinə 113 milyon 714 min manat vəsait ödənilib.



ANS PRESS-in SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, ümumiyyətlə, 2015-ci ilin yanvar-mart aylarında büdcəyə 340 milyon 443 min manat vəsait ödənilib.



Bundan əlavə, cari ilin mart ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 229 min manat vəsait köçürüb. Ümumiyyətlə, 2015-ci ilin yanvar-mart aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 34 milyon 686 min manat təşkil edib.



Xatırladaq ki, SOCAR 2015-ci ilin yanvar ayında dövlət büdcəsinə 118 milyon 502 min manat, fevral ayında isə 108 milyon 227 min manat ödəmişdi.

Mənbə
ANS PRESS