İqtisadiyyat

Sığorta xidmətləri bahalaşıb?

Metbuat.az

Manatın məzənnəsinin dəyişməsi Azərbaycanda sığorta xidmətlərinin bahalaşmasına səbəb olmadı.

Trend

-in məlumatına görə, bunu jurnalistlərə Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri

Namiq Xəlilov

deyib.



Onun sözlərinə görə, devalvasiya ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin maliyyə sabitliyinə təsir etmədi: "Öhdəliklər, sığorta ehtiyatları, aktivlər, eləcə də sığorta şirkətlərinin apardığı ödənişlər manatla həyata keçirilir. Buna görə də manatın məzənnəsinin dəyişməsi sığorta şirkətləri üçün risklər yaratmadı".



Milli.Az