Səudiyyə Yəməni südsüz qoydu
Səudiyyə Ərəbistanının hava qüvvələri bu gün Yəmənin qərbində yerləşən Əl-Xodeyda liman şəhərində süd zavodunu vurub.
ANS PRESS-in məlumatına görə, “Əl Mədain” telekanalı hadisə nəticəsində 37 nəfərin həlak olduğunu, 80 nəfərin yaralandığını bildirib.
Həmçinin limanın sənaye zonasında yerləşən sallaqxana və ərzaq müəssisələri də atəş altında qalıb.
Səna şəhərində isə bu səhər ehtiyatda olan hərbçilərin kazarmasına hücum olub.
Qeyd edək ki, Yəmən əhalisinin yarıdan çoxunu təşkil edən şiələrin maraqlarını müdafiə edən husi hərəkatı 2014-cü ilin avqustundan hökumət əleyhinə çıxışlara başlayıb. Bir aydan sonra onlarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib.
Yəməndə hazırda siyasi böhran hökm sürür. Ölkənin cənubunda "Əl-Qaida" hökm sürür, mərkəzdə isə prezident qüvvələri ilə husilər arasında döyüşlər gedir. Səudiyyə Ərəbistanı və bir sıra ərəb ölkələri prezident qüvvələrinə yardım üçün hava hücumlarına başlayıblar.
Mənbə
ANS PRESS