İqtisadiyyat
Trend
Milli.Az
Uyğun link:
Səudiyyə Ərəbistanı neftin qiymətini artırır
Səudiyyə Ərəbistanının dediyi və elədiyi: neftin qiyməti yenidən düşdü
Səudiyyə Ərəbistanının neft hasilatı üzrə mart ayına olan statistikası açıqlanandan sonra dünya bazarında neftin qiyməti yenidən düşməyə başlayıb.
Trend
-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Şimal dənizinin Brent qarışıq neftinin may fyuçersi 1,4 faiz - bir bareli 58,27 ABŞ dollarına enib.
WTI neftinin may fyuçersində isə 1,93 faiz eniş (bir barel 52,94 ABŞ dolları) müşahidə olunub.
Bundan əvvəl bildirilmişdi ki, Səudiyyə Ərəbistanı sutkada 10,3 milyon barel neft hasil edir. Krallığın neft naziri
Əli əl-Naimibəyan edib ki, yaxın gələcəkdə hasilata təxminən gündə 10 milyon barel həcmində davam edəcəklər.
“Bu təklifi kompensasiya etmək üçün, tələbatın qalxmasını görmək istəyirik. Hazırda bazarda neft bolluğu var”, - deyə nazir əlavə edib.
Milli.Az
Uyğun link:
Səudiyyə Ərəbistanı neftin qiymətini artırır