Ölkə

Sergey Markov: Azərbaycan Prezidentinin Moskvada Böyük Qələbənin bayram edilməsində iştirakı gələcək əlaqələr üçün gözəl zəmin yaradır

Metbuat.az

Moskva, 22 aprel,

AZƏRTAC

Azərbaycan Prezidentinin Moskvada Böyük Qələbənin 70 illiyinin bayram edilməsində iştirakı həm Rusiya və Azərbaycan arasında münasibətlərin möhkəmlənməsinin, iki ölkə prezidentlərinin birgə fəaliyyətinin nəticəsidir, həm də gələcək əlaqələr, istər siyasət, istərsə də iqtisadiyyat sahələrində yaxşı və dost münasibətlərin inkişafı üçün gözəl zəmin yaradır. Bu sözləri “Vestnik Kavkaza” xəbər agentliyinin müxbiri ilə söhbətində Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, RF İctimai Palatasının üzvü Sergey Markov deyib.


Politoloqun fikrincə, bu səfər Rusiya ilə Azərbaycan arasında münasibətlərdə çox vacib, müsbət əhəmiyyət daşıyacaq. Sergey Markov vurğulayıb: “Prezident İlham Əliyev bu səfəri ilə Rusiya ilə Azərbaycan arasında qardaş münasibətləri bir daha təsdiqləyir. Azərbaycan xalqının əksər hissəsinin nasizmi darmadağın etmiş vahid sovet ordusu sıralarında döyüşmüş əsgərlərini və zabitlərini yüksək dəyərləndirdiyini nəzərə alaraq, deyə bilərəm ki, bu səfər İlham Əliyevin Azərbaycan daxilində mövqeyinin möhkəmlənməsinə və populyarlığına çox müsbət təsir göstərəcək. Babaların və ulu babaların hünərindən doğan bu qürur, şübhəsiz ki, ümummilli ictimai şüurun elemetlərindən biridir”.


Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva