Ölkə
Seminarda elmi mövzu üzrə məruzə dinlənilib
Bakı, 9 aprel,
AZƏRTACAzərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda “Operator differensial tənliklərin həll olunması və bəzi spektral məsələlər” mövzusunda seminar keçirilib.
İnstitutdan
AZƏRTAC-a bildiriblər ki, seminarda bu elm müəssisəsinin funksional analiz şöbəsinin əməkdaşı, professor Sabir Mirzəyevin mövzu ilə bağlı məruzəsi dinlənilib.
Məruzəçi operator differensial tənliklər üçün sərhəd məsələlərin həll olunmasından və onlara uyğun operator dəstələrinin bəzi spektral xassələrindən söz açıb.
Sonra məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.