Maraqlı

Selena Qomes: "Hamilə deyiləm" - FOTO

Metbuat.az
Populyar amerikalı müğənni və aktrisa Selena Qomes hamiləliyi, izafi çəkisi ilə bağlı son günlər mediada yer alan xəbərlərə özünəməxsus şəkildə "cavab" verib.
 
Milli.Az TMZ-yə istinadən bildirir ki, Meksikada istirahət edən 22 yaşlı Qomes klassik bikinidə olarkən çəkdirdiyi fotoları İnstagram-dakı profilində paylaşıb.
 
Bundan başqa, Selena Qomes qaldığı otelin hovuzunun kənarında olarkən paparassilər onun fotolarını da çəkiblər.
 
Dünən S.Qomes İnstagram-da yazıb: "Hamilə deyiləm. Yalanlara inanmayın".
 
S.Qomes amerikalı yazıçı Con Steynbekin 1936-cı ildə çap olunmuş romanı əsasında "Dubious Battle" filminə çəkilir. Qomes lentdə gənc ana rolunu oynayır.
 
Milli.Az