Dünya
Seksual prezidentdən ilginc qərar
Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç öz iqamətgahından Yuqoslaviyanın keçmiş lideri ilə bağlı ilginc qərar verib.
Milli.Az anspress-ə istinadən bildirir ki, prezident Yuqoslaviyanın sabiq başçının büstlərini ölkədə yığışdırıb.
Qərara əsasən, İosip Broz Titonun büstü və muzeydə olan 100-dən çox eksponat yığışdırılıb..
Əşyalar Zaqreb yaxınlığında yerləşən Titonun doğma rayonu Zaqorye muzeyinə verilib. Prezidentin bu qərarı ölkədə rezonans doğurub.
Qeyd edək ki, bir müddət əvvəl Xorvatiyanın yeni seçilən prezidenti Kolinda Qrabar-Kitaroviçin çimərlikdə çəkilən seksual fotoları yayılmışdı.
Prezidentin açıq-saçıq şəkilləri sosial şəbəkə istifadəçilərinin müzakirə obyektinə çevrilib. Xorvatiyanın Rieka şəhərində doğulan 47 yaşlı Kolinda Qrabar bu il keçirilən prezident seçkilərində Xorvat Demokrat Birliyi partiyasından namizədliyini irəli sürüb və prezident seçilib. Əvvəllər o Xorvatiyanın ABŞ-dakı səfiri olub, Avropaya İnteqrasiya və Xarici İşlər Nazirliklərinə rəhbərlik edib.
Milli.Az