Ölkə

Şəhidlərin xatirəsinə ehtiram

Metbuat.az

Bakı, 14 aprel,

AZƏRTAC

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov aprelin 14-də Şəhidlər xiyabanına gələrək Azərbaycanın


müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.


Azərbaycan paytaxtının mənzərəsini seyr edən Prezident Rüstəm Minnixanova Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.