İqtisadiyyat
Şəfayət Mehdiyev küçəsində təmir işləri davam etdirilir
Bakı, 22 aprel,
AZƏRTACBakının Yasamal rayonu ərazisindəki Şəfayət Mehdiyev küçəsində təmir işləri davam etdirilir.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki, küçə boyu 1450 metr məsafədə beton səki daşları mərmər səki daşları ilə əvəzlənib.
Hazırda isə köhnə asfalt-beton örtüyünün frezlənməsi işləri görülür. Daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq.