İqtisadiyyat

Saxta aksiz markası ilə markalanmış 86419 ədəd alkoqollu içki aşkar edilib

Metbuat.az

Bakı, 15 aprel,

AZƏRTAC

Bakıda saxta aksiz markası ilə markalanmış 86419 ədəd alkoqollu içki aşkar edilib.


Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin qərarı ilə “Fidan” şirkətinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül, Naxçıvani küçəsi, 3106-cı məhəllədə yerləşən və təsərrüfat subyekti kimi vergi orqanında uçotda olmayan obyektində operativ vergi nəzarəti tədbiri həyata keçirilib. Bu zaman aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta markalarla markalanmaqla satışı, satış məqsədi ilə saxlanılması və istehsal binasının hüdudlarından kənara çıxarılması halları aşkarlanıb.


Nazirlikdən

AZƏRTAC

-a bildiriblər ki, tədbir zamanı saxta aksiz markaları ilə markalanmış 150,3 min manat məbləğində 86 min 419 ədəd müxtəlif adlı və həcmli alkoqollu içkilər (“Mont blanc” – 0,5l və 0,7l, “Ruska” – 0,5l və 0,7l, “Zernovoy sklad” – 0,25l, 0,5l və 0,7l, “Melnik” – 0,25l, 0,5l və 0,7l, “Bakinskiy Standart” – 0,25l, “Bakinskaya marka” – 0,25l, “Qosudar” – 0,5l) aşkarlanıb, bəzi məhsulların üzərində seriyası və nömrəsi olmayan aksiz markaları müəyyən edilib.


Məlumatda qeyd olunur ki, 2015-ci ilin ötən dövrü ərzində 6 vergiödəyicisi tərəfindən 43 min 811,9 manatlıq belə faktlar aşkar edilib və hər bir fakt üzrə cinayət işi başlanılıb.