Ölkə
Samux rayonunda yaz-tarla işləri sürətlə davam edir
Samux, 20 aprel,
AZƏRTACDövlətimizin başçısının kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərdiyi diqqət və qayğıdan bəhrələnən Samux fermerləri yaz-tarla işlərini sürətlə davam etdirirlər.
Rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Şakir Məmmədov
AZƏRTAC-a deyib ki, keçən il uğurlu nəticələrə nail olan rayonun fermer təsərrüfatlarının sahibləri bu il qarşılarına daha yüksək məhsuldarlığa nail olmağı məqsəd qoyublar. Məhz bunun nəticəsidir ki, indiyədək 174 hektar sahədə kartof, 531 hektarda günəbaxan, 113 hektar sahədə şəkər çuğunduru, 251 hektarda isə bostan bitkiləri səpini aparılıb.
Hazırda rayonun əkin sahələrində işlər sürətlə davam etdirilir.