İqtisadiyyat
AZƏRTAC
Samir Şərifov: Azərbaycanın dövlət büdcəsində neftin qiyməti ilə bağlı dürüstləşməyə ehtiyac duymuruq
Bakı, 20 aprel,
AZƏRTAC
2015-ci il üçün Azərbaycanın dövlət büdcəsində neftin qiyməti ilə bağlı dürüstləşməyə ehtiyac duymuruq.
AZƏRTAC
xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov deyib.
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dürüstləşmənin həyata keçirilməsi meyarları təsbit edilib. Hələ ki, biz belə meyarları görmürük. Məcburi dürüstləşməyə hökumət yalnız o zaman gedir ki, gəlirlərlə xərclər arasındakı fərq nəzərdə tutulmuş gəlirlərin 30 faizini təşkil edir. Belə bir vəziyyət yoxdur. Buna görə də dürüstləşmək üçün kəskin ehtiyac duymuruq”, - deyə nazir vurğulayıb.