İqtisadiyyat

​Samir Şərifov: "Azərbaycan ADB-nin Direktorlar Şurasının illik toplantısına tam hazırdır"

Metbuat.az

Bakı. 20 aprel. REPORT.AZ/ Bakı şəhəri Asiya İnkişaf Bankı (ADB) Direktorlar Şurasının 48-ci illik toplantısını qəbul etməyə tam hazırdır. "Report" xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri

Sam

ir Şərifov bu gün keçirdiyi mətbuat konfransınfa bildirib.


"May ayının 2-5-də keçiriləcək tədbirə ADB-yə üzv olan 66 ölkənin nümayəndələri Bakıya gələcək. Azərbaycanda təşkilati tədbirlər həyata keçirilib, lazımi hazırlıq tədbitləri görülüb və tədbirin keçirilməsinə tam hazırıq. Tədbir həm

Heydər Əliyev

Mərkəzinin binasında, həm də Konqres Mərkəzində keçiriləcək", - deyə nazir qeyd edib.


S.Şərifov əlavə edib ki, tədbirin işıqlandırılması üçün 200-dən çox media nümayəndəsinin Bakıya gəlişi gözlənilir.


İllik toplantı çərçivəsində həmçinin bir çox başqa tədbirlər, xüsusilə də müxtəlif mövzularla bağlı seminarlar keçiriləcək. Həmin seminarlarda qlobal regional iqtisadi mövzular və problemlər müzakirə ediləcək. Ənənəvi olaraq, illiktoplantı zamanı müxtəlif regional qurumların da kiçik iclasları təşkil olunacaq.


Nazir bildirib ki, Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Bu müddət ərzində Bank Azərbaycan hökumətinə 1,8 mlrd. dollar, özəl sektor təşkilatçarına isə 168 mln. dollar həcmində kredit və 18 mln. dollara yaxın qrant ayırıb.