Ölkə
AZƏRTAC
Şamaxıda növbəti ağacəkmə aksiyası
Şamaxı, 20 aprel,
AZƏRTACİDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Şamaxıda növbəti ağacəkmə aksiyası təşkil olunub.
AZƏRTAC
xəbər verir ki, 4500 nəfərin iştirak etdiyi aksiyada Şəhidlər xiyabanı ərazisində, Olimpiya İdman Mərkəzinin qarşısında, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun ətrafında, şəhərin küçə və parklarında təmizlik, səliqə-səhman işləri görülüb, yaşıllıqlara qulluq edilib.
Aksiya zamanı şəhərin ərazisində, yolların kənarında 1100 ədəd müxtəlif növ ağac əkilib.