İqtisadiyyat

"Şahdəniz"də yeni quyu qazır

Metbuat.az

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir Maksim Tsurkov/

“Şahdəniz” qaz-kondensat yatağı ərazisində yeni quyunun qazılması işlərinə başlanıb.

Məlumatlı mənbə Trend-ə bildirib ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində SDD-04 quyusunun qazılmasına başlanılıb: “Qazıntı işləri “Heydər Əliyev” platformasından həyata keçirilir. SDD-04 quyusunun layihə dərinliyi 6300 metr təşkil edir”.

Onun sözlərinə görə, “Şahdəniz-2” layihəsi üzrə qabaqlayıcı qazma işləri çərçivəsində artıq 7 quyu qazılıb, SDC-04 və SDD-04 quyularında işlərin başa çatmasından sonra isə qazılmış quyuların sayı 9-a çatacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az