Ölkə

Sağlamlıq imkanları məhdud dərnək üzvlərinin sərgisi keçirilib

Metbuat.az

Bakı, 20 aprel,

AZƏRTAC

 


Təhsil Nazirliyinin Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində məşğul olan sağlamlıq imkanları məhdud dərnək üzvlərinin “Abşeron” rəsm qalereyasında sərgisi keçirilib.


Nazirlikdən

AZƏRTAC

-a bildiriblər ki, “Rənglərin dili ilə” adlı sərginin təşkilinin məqsədi xüsusi qayğıya ehtiyacı olan istedadlı uşaqların aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsindən ibarətdir.


Sərgidə “Rəsm” studiyasının rəhbəri Nərmin Abdullayevanın yetirmələrinin 60-dək rəsm işi – milli və müasir üslubda işlənmiş kompozisiyalar, portretlər, təbiət rəsmləri, dekorativ kompozisiyalar nümayiş olunub.


Rəsmlər rəngkarlıq və qrafika janrlarında işlənib.