Ölkə
Sabunçu rayonunda iaşə evində baş vermiş yanğın söndürülüb
Bakı, 4 aprel,
AZƏRTAC
Paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 5 min kvadratmetr olan ictimai iaşə evində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, hazırda sökülməkdə olan taxta konstruksiyalardan ibarət binanın 200 kvadratmetr hissəsi yanıb.
Alov söndürülüb, iaşə evinin qalan hissəsi yanğından mühafizə olunub.