Sabah Heydər Əliyev prospektinin əsas hissəsi bağlanacaq
Bakı. 2 aprel. REPORT.AZ/ 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı nəzərdə tutulan marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər intensiv şəkildə davam etdirilir. Artıq bir sıra tikinti və yenidənqurma işləri yekunlaşıb.
Nəqliyyat Nazirliyi
"
Azəryolservis" ASC-nin Mətbuat Katibliyinin "Report"a verdiyi məlumata görə, nəzərdə tutulan təmir və abadlıq işləri ilə bağlı aprelin 3-dən 4-nə keçən gecə
Heydər Əliyevprospektinin Böyük Şor qovşağından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan əsas hissəsi nəqliyyatın hərəkəti üçün tam bağlanacaq.
Prospektin bağlanmasında əsas məqsəd Avropa Oyunlarına hazırlıq dövründə təmir və abadlıq işlərini aparmaqdır. Həmin vaxtlarda sürücülər prospektin köməkçi yollarından istifadə edə bilərlər.