İqtisadiyyat
Sabah Bakı və Abşeronun bəzi yerlərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq
Bakı, 21 aprel,
AZƏRTACAprelin 22-də Abşeron yarımadasının bəzi yerlərində içməli suyun verilişində problem yaranacaq.
“Azərsu” ASC-dən
AZƏRTAC-a bildiriblər ki, yay mövsümünə hazırlıq işləri çərçivəsində magistral xətlərdə profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar içməli suyun verilməsi dayandırılır. Bununla əlaqədar olaraq aprelin 22-si 08:00-dan 23:00-dək Ceyranbatan və Saray qəsəbələrinə, Masazır qəsəbəsinin “Qurtuluş” yaşayış massivinə, Novxanın kəndinin bir hissəsinə, Yeni Biləcəri yaşayış sahəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.