Dünya
Rusiyanın Xakasiya Respublikasında baş verən yanğında 10 nəfər ölüb, 483 nəfər xəsarət alıb
[ 13 Aprel 2015 10:14 ]
Bakı - APA. Rusiya Federasiyasının Xakasiya Respublikasında aprelin 12-dən başlayan irimiqyaslı yanğında ölənlərin sayı 10-a çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, güclü küləkdə əkin sahəsinin yandırılması zamanı alovun nəzarətsiz qalması nəticəsində yaranan irimiqyaslı yanğında 483 nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyinin regional şöbəsindən bildirilib ki, xəsarət alanlardan 77 nəfəri xəstəxanaya yerləşdirilib.
Hadisə nəticəsində 21 yaşayış məntəqəsində 900 ev yanıb.