Rusiyalı professor: Qubadakı kütləvi məzarlıqda ifrat dərəcədə siyasi ambisiyaların necə ağır nəticələndiyinin şahidi olduq
Quba, 9 aprel, Elxan Yusifli,
AZƏRTACBiz Qubada olduqca əhəmiyyətli bir məsələlərin müzakirəsi üçün toplaşmışıq. Hesab edirəm ki bu mövzu hələ kifayət qədər öyrənilməyib. Amma heç bir müzakirə olmadan da deyə bilərəm ki, konfransın əsas məramı belə soyqırımlarının bir daha təkrar olunmamasını təmin etməkdir. Siyasət böyük gücdür. Amma heç bir halda insanlar siyasi ambisiyaların qurbanına çevrilməməlidirlər. Biz Qubadakı kütləvi məzarlıqda ifrat dərəcədə siyasi ambisiyaların necə ağır nəticələndiyinin şahidi olduq.
Bu sözləri
AZƏRTAC-a müsahibəsində “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” mövzusunda Qubada keçirilən II Beynəlxalq elmi konfransın Rusiya Federasiyasından olan iştirakçısı, professor İqor Turitsın səsləndirib.
Rusiyalı tarixçi qeyd edib ki, Qafqazda eləcə də bütün dünyada sülhün bərqarar olması, regionunun çiçəklənməsi üçün hər kəs səylərini birləşdirməlidir: “Mən də özümü qafqazlı sayıram. Çünki Kuban şəhərində doğulmuşam. Biz bütün imkanlarımızı səfərbər edib Quba soyqırımı məzarlığında gördüklərimizin bir daha təkrarlanmaması üçün var qüvvəmizlə çalışmalıyıq”.