Rusiyada “Ümumi imla” aksiyası keçirilir
Moskva, 18 aprel,
AZƏRTACRusiyada “Ümumi imla” aksiyası keçirilir. Aksiyada dünyanın 507 şəhəri iştirak edir. Bu il imla mətnini Sankt-Peterburqdan olan yazıçı Yevgeni Vodolazkin tərtib edib. Aksiyanın 2000-ci ildə başlandığı Novosibirskdə imlanı müəllif özü oxuyacaq. Moskvada imla mətnini teleaparıcılar Valdimir Pozner, Tatyana Lazereva, aktyorlar Maksim Vitorqan, Konstantin Kryukov, musiqiçilər Diana Arbenina, Dima Bilan və başqaları oxuyacaqlar.
“Ümumi imla” savadlı yazı mədəniyyətinin inkişaf etdirilməsinə yönəlmiş maarifləndirici aksiyadır. Belə bir aksiyanın keçirilməsi təklifi Novosibirsk Dövlət Universitetinin humanitar fakültəsinin tələbələri tərəfindən 2000-ci ildə irəli sürülüb. Aksiyada yaşından, milliyətindən, təhsil sıviyyəsindən asılı olmayaraq hər kəs iştirak edə bilər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva