Dünya
APA
Milli.Az
Rusiyada azərbaycanlı kriminal avtoritet saxlanıldı
Moskva vilayətinin Noqinsk şəhərində əslən Azərbaycandan olan kriminal avtoritet
Taleh Dağlıyevsaxlanılıb.
APA
-nın “İnterfax”a istinadən verdiyi xəbərə görə, kriminal aləmdə “Tolik Noqinskiy” adı ilə tanınan 32 yaşlı avtoritet hüquq-mühafizə orqanları tərəfindən saxlanılarkən onun üzərindən tapança və patronlar tapılıb.
T. Dağlıyevin saxlanılması üçün xüsusi təyinatlı dəstə tərəfindən əməliyyat tədbiri həyata keçirilib.
Kriminal avtoritet barəsində “Qanunsuz silah gəzdirmə” maddəsi ilə cinayət işi açılıb.
Milli.Az