Dünya
Rusiya rəsmisi: ""Türk axını"nın imzalanmasına mane olmağa formal əsas yoxdur"
"Avropa Komissiyasının "Türk axını"nı əngəlləməyə formal səbəbi olmamalıdır. Heç şübhəsiz tranzit xəttinin Ukrayna ərazisindən keçməsi siyasi maraqlar baxımından təyinedici amildir", - V. Çijov Avropanın enerji təhlükəsizliyi üzrə Valday klubunda çıxışı zamanı vurğulayıb.
Xatırladaq, 2014-cü ilin dekabrında Rusiyanın "Qazprom" şirkəti ilə Türkiyənin "Botaş" şirkəti arasında təbii qaz kəmərinin dənizin dibi ilə çəkilməsi haqda memorandum imzalanıb.