Dünya

Rusiya Arktikada MiG-31 qırıcıları yerləşdirəcək

Metbuat.az

Bakı. 5 aprel. REPORT.AZ/ Arktikanın aerodromlarında port və nəqliyyat yollarının mühafizəsi məqsədilə MiG-31 qırıcı-təyyarələri yerləşdiriləcək.


"Report"un Azadlıq radiosuna istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Hava və Fəza Hücumundan Müdafiə Qüvvələri komandanının havadan müdafiə üzrə müavini general-mayor Kiril Makarov məlumat verib.


O deyib ki, qırıcıların əsas vəzifəsi ölkənin hava məkanının mümkün pozulması hallarının qarşısının alınması olacaq.


Makarov qeyd edib ki, hərbi münaqişələr zamanı MiG-31 təyyarələri Şimal dənizi ilə hərəkət edən Rusiya gəmilərini mühafizə edəcək.


O əlavə edib ki, bununla yanaşı, bütün Arktika boyunca heyətsiz işləyə bilən radiolokator şəbəkəsi qurulacaq.