Ölkə

Rusiya alimləri “cavanlıq eliksiri” hazırlayıblar

Metbuat.az

Bakı, 3 aprel,

AZƏRTAC
AZƏRTAC

Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Altay Dövlət Universitetinin alimləri cavanlıq dövrünün uzadılması üçün unikal preparat hazırlayıblar.


“Cavanlıq eliksiri”nin əsasını orqanizmin özünün gövdə hüceyrələrinin əmələ gəlməsini fəallaşdıran maddələr təşkil edir. Yeni toxumalar üçün tikinti materialı olan bu maddələr qocalmanın qarşısını alır. Qocalma fizioloji proses olsa da, müasir metodlar canlı orqanizmə təsir göstərməyə, dağıdıcı faktorları ləngitməyə, regenerasiyanı sürətləndirməyə kömək edir.


Qurdlar üzərində ilk testlər müsbət nəticələnib. Alimlər əmindirlər ki, düzgün istiqamətdə irəliləyirlər, lakin könüllülər üzərində kliniki sınaqlara hələ çox var: həmin vaxta qədər qəti formul və doza hələ bir neçə dəfə dəyişə bilər.


İlkin məlumata görə, dərman ictimaiyyətə təxminən 7 ildən sonra təqdim olunacaq.