Dünya

Rus konsulluğu qarət edildi

Metbuat.az

Yəməndə üsyan qaldıran husi döyüşçüləri Ədən şəhərində Rusiyanın baş konsulluğunu qarət ediblər.



ANS PRESS-in məlumatına görə, üsyançılar diplomatik nümayəndəliyin qapılarını sındırıb, bütün qiymətli əşyaları və sənədləri çıxarıb və naməlum istiqamətdə aparıblar.



Yəmənin informasiya portalları bildiriblər ki, konsulluğun əməkdaşları hücum zamanı içəridə olmayıblar.



Xatırladaq ki, koalisiya qüvvələri tərəfindən havadan bombalanan Ədən şəhərində Rusiyanın baş konsulluğu da zərər çəkib. Partlayış nəticəsində binanın pəncərələri sındırılıb.



Mənbə
ANS PRESS