Dünya

Rus jurnalist yaralandı (VİDEO)

Metbuat.az

Ukraynanın şərqində qeyri-sabit vəziyyət davam edir.



ANS TV-nin məlumatına görə, ötən gün Mariopol şəhərindən 20 kilometr aralıda yerləşən Şirokino kəndində cəbhə xətti yaxınlığında yerüstü minanın partlayması nəticəsində rusiyalı jurnalist yaralanıb. Partlayış ATƏT monitorinq missiyasından olan müşahidəçilərin əraziyə baxışı zamanı baş verib.



Bazar ertəsi Rusiya və Ukraynanın təmas xəttindən kiçik-kalibrli silahların çıxarılmasına dair razılığına baxmayaraq, müşahidəçilər özləri atəşkəsin pozulmasının şahidi olub. Minanın partlaması nəticəsində yaralanan Zvezda kanalının jurnalisti yardım aldıqdan sonra yaxınlıqdakı xəstəxanaya çatdırılıb.



Sepearatçıların rəsmisi ATƏTƏ verdiyi açıqlmada, jurnalistin Ukrayna təxribat qruplarının hazırladığı tələ tipli minaya düşdüyünü söyləyib. Jurnalistin vəziyyətinin orta-sabit olduğu bildirlir.



Mənbə
ANS-TV