İqtisadiyyat

Rövnəq Abdullayev: "Sentyabrda Türkiyədə ən nəhəng dəniz limanı istifadəyə veriləcək"

Metbuat.az

"Azərbaycanın Türkiyə ərazisindəki enerji layihələrinin icra vəziyyəti yüksək səviyyədədir. Bütün işlər proqram üzrə davam etdirilir". Bu barədə

AZƏRTAC

-a müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Rövnəq Abdullayev

bildirib.

O qeyd edib ki, İzmirdə inşa olunan “STAR” neft emalı zavodunda və ərazidəki dəniz limanında tikinti işləri Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq yüksək keyfiyyətlə və qrafik əsasında aparılır.
 
R.Abdullayev deyib ki, İzmirdə inşa olunan, cari ilin sentyabrında istifadəyə veriləcək dəniz limanı Türkiyədə ən nəhəng liman olacaq: "2018-ci ilin aprelində “STAR” neft emalı zavodu işə düşəndən sonra isə SOCAR Türkiyədə nəhəngliyinə görə iki şirkətdən biri olacaq".

Milli.Az