İqtisadiyyat

Rövnəq Abdullayev Gürcüstanın baş naziri ilə görüşüb

Metbuat.az

[ 17 Aprel 2015 13:02 ]


Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda səfərdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bu gün Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə strateji məsələlər, cari investisiya layihələri və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşdə SOCAR-ın Gürcüstanda ən böyük investisiya yatıran şirkətlərdən biri olduğu bildirilib.

Tədbirdə Azərbaycan Gürcüstandakı səfiri Azər Hüseyn, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov iştirak edib.