Ölkə
Robert Sekuta: “Ola bilsin ki, ABŞ Çanaqqala zəfərinin 100 illik yubileyində iştirak etməsin”
[ 15 Aprel 2015 19:46 ]
Gəncə. Azər Məmmədli – APA. “Ola bilsin ki, ABŞ Çanaqqala zəfərinin 100 illik yubileyində iştirak etməsin”.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
“ABŞ rəsmilərinin hansı tədbirdə iştirak edəcəyi ilə bağlı qərarı rəsmi Vaşinqton verir. Amma bir şeyi bilirəm ki, ABŞ I dünya müharibəsində iştirak etmədiyi üçün ola bilsin ki, ölkəmiz Çanaqqala zəfərinin qeyd olunmasına qatılmasın”, - deyə o vurğulayıb.