Maraqlı

Rianna saçını boyadı, kürk geyindi - FOTO

Metbuat.az
Populyar müğənni Rianna ABŞ-ın Kaliforniya ştatındakı Palm-Sprinqs şəhərində keçirilən ənənəvi "Coachella" musiqi festivalına qatılıb.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 27 yaşlı müğənni festival çərçivəsindəki indi stilli musiqi şousuna yollananda onun əynində bənövşəyi rəngli, süni xəz kürk vardı.
 
Hava çox isti olsa da, Rianna xəz kürk geyməsinin səbəbini açıqlamayıb.
 
Dünənsə Rianna saç stilini dəyişib və yeni imicdəki fotosunu İnstagram-dakı akkauntunda paylaşıb.
 
Rəfiqəsi Melissa Fordun 29 yaşının tamam olması münasibətilə təşkil etdiyi ad günü ziyafətinə yollanmış Rianna yenə də dodağında siqaret olan fotolarını da yaymaqdan vaz keçməyib.

Milli.Az