Dünya
AZƏRTAC
Rəsmi Boqota “Kolumbiya inqilabi qüvvələri” ilə atəşkəs rejimini ləğv edib
Bakı, 16 aprel,
AZƏRTACKolumbiya Prezidenti Xuan Manuel Santos “Kolumbiya inqilabi qüvvələri” üsyançıları ilə atəşkəs rejimini ləğv etməsi barədə bəyanat verib.
AZƏRTAC
TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Xuan Manuel Santos yeni əmr verilənə qədər üsyançıların mövqelərinə zərbələr endirməyi əmr edib.
Bu addım aprelin 15-də “Kolumbiya inqilabi qüvvələri” yaraqlılarının hökumət qüvvələrinə qarşı keçirdiyi əməliyyata cavab olaraq atılıb. Qeyd edək ki, həmin döyüşlərdə hökumət ordusunun ən azı 10 hərbçisi həlak olub, 17 əsgəri isə yaralanıb.