İqtisadiyyat

​"Report": Rusiya dolların ucuzlaşmasına izn verməyəcək

Metbuat.az

K.Yudayeva bildirib ki, son aylarda neftin 30% bahalaşması ilə rubl da dəyər qazanıb, indi isə stabilləşmə mərhələsidir.


Qeyd edək ki, aprelin ortalarında Rusiyada ABŞ dollarının rəsmi məzənnəsi 29% möhkəmlənərək 69,66 RUR/USD-dən 49,68 RUR/USD-yə düşüb. Lakin məzənnə bu səviyyədə yalnız bir gün qalıb. Bu dövrdə neftin qiyməti 64 USD/barelə yüksəlib. Rublun həddindən artıq möhkəmləndiyini görən Rusiya Mərkəzi Bankı xarici valyuta üzrə aparılan minimal faiz həddini 0,5-0,75 bənd artırıb. Artımdan sonra 28 günə qədər olan REPO əməliyyatlarının qiyməti LİBOR+2%,12 aylıq REPO üzrə isə LİBOR+2,5% olub. Nəticədə, rubl zəifləməyə başlayıb və artıq bu gün rəsmi məzənnə 53,97 RUR/USD təşkil edib.


"Otkrıtıy Broker" investisiya şirkətinin analitiki Andrey Koçetkova görə, bununla Mərkəzi Bank məzənnənin 50 RUR/USD səviyyəsindən çox möhkəmlənməsinə icazə verməyəcəyinə işarə edir.


"Report"un analitik qrupu hesab edir ki, neftin qiymətinin yaxın aylarda 75 dollar/barelə qədər yüksəlmə ehtimalı olsa da, Rusiya Mərkəzi Bankı rublun möhkəmlənməsinə izn verməyəcək və rubl intervensiyası həyata keçirərək öz valyuta ehtiyatlarını bir qədər möhkəmləndirəcək.