Dünya
AZƏRTAC
“Red Dot” dizayn yarışmasında Kia-nın iki modeli mükafata layiq görülüb
Bakı, 1 aprel,
AZƏRTAC“Kia Soul EV” və tam yeni “Sorento SUV” hər il keçirilən müsabiqədə müvəffəqiyyətlə iştirak edən “Kia Motors” dizaynerlərinə bu il iki “Red Dot” mükafatı qazandırıb.
AZƏRTAC
xəbər verir ki, “Red Dot” mükafatı dünyada mühüm yer tutan dizayn yarışması olmaqla yanaşı, bu il özünün 60 illik yubileyini də qeyd edir.
Bu yarışmada ilk mükafata 2009-cu ildə layiq görulən “Kia Motors” hər il peşəkar dizaynerlərinin yeni nailiyyətləri ilə davamlı olaraq uğur qazanır. Bu günədək müxtəlif dizayn mükafatlarına layiq görülən Kia avtomobillərinin 13 modeli “Red Dot” mükafatını alıb.
“Red Dot Mükafatı”nın rəsmi təqdimat mərasimi iyunun 29-da Almaniyada keçiriləcək.