Texnologiya

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində işləmək üçün ​465 nəfər müraciət edib

Metbuat.az

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

sının (DQMK) 26 sentyabr, 17 oktyabr, 4 və 14 noyabr tarixlərındə 81 dövlət orqanında inzibati vəzifələrin V-VII təsnifatına uyğun olan 922 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan etdiyi müsabiqə başa çatıb.


"Report" xəbər verir ki, müsabiqəyə təqdim edilmiş 922 vakant dövlət qulluğu vəzifəsi sırasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) də 16 vakansiyası yer alıb.


RYTN-nin mətbuat xidmətinin məlumatına görə, dövlət qulluğunda çalışmaq istəyənlər RYTN-in müsabiqəyə təqdim etdiyi vakansiyalara xüsusi maraq göstərib.


Belə ki, DQMK-nın müsabiqə qaliblərinin dövlət orqanları üzrə açıqladığı statistikaya əsasən, RYTN-in 16 vakansiyasına 465 namizəd sənəd verib, onlardan 13-ü müsabiqənin qalibi olub.