İqtisadiyyat
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Bakı, 22 aprel,
AZƏRTACBakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Mərkəzi Bankının ümumi həcmi 30 milyon manat, hərraca çıxarılan həcmi 5 milyon manat, bir notun nominal dəyəri 100 manat olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən
AZƏRTAC-a bildiriblər ki, tədavül müddəti 28 gün olan notlar mayın 20-də ödəniləcək.
Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır. Hərrac zamanı notların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.