İqtisadiyyat
AZƏRTAC
Qida Turizmi üzrə I Dünya Forumu təşkil olunacaq
Bakı, 9 aprel,
AZƏRTACAprelin 27-dən 29-dək İspaniyanın San Sebastyan şəhərində Bask Kulinariya Mərkəzi və Dünya Turizm Təşkilatı tərəfindən Qida Turizmi üzrə I Dünya Forumu keçiriləcək.
AZƏRTAC
Dünya Turizm Təşkilatının saytına istinadla xəbər verir ki, forum müvafiq sektorun peşəkar inkişafına, təcrübə mübadiləsi üçün məkanın yaradılmasına və qabaqcıl təcrübənin üzə çıxarılmasına yönəlib.
Forumda ekspertlər tərəfindən qida və turizm arasında bağlılığa dair son tendensiyalar, biliklər, tələbatçı tendensiyalar, idarəetmə və kommunikasiya məsələləri müzakirə olunacaq.