Maraqlı
Videonu izləmək üçün şəklə klikləyin.
Qərb mediası matəmdə: "it ol, amma Parisin iti ol" - VİDEO - FOTO
"Ürəyim parçalanıb. Kədərdəyəm. Matəmdəyəm. Çox kədərliyəm, pərişanam. Mənimlə 14 illik birgə həyatdan sonra balam, övladım Tinkerbell qocalıb öldü. Hiss edirəm ki, ailə üzvlərimdən birini itirdim. O, çox fərqli, çox gözəldi. O qədər sınaqlardan birgə keçdik ki... Onun məni tərk etdiyinə hələ də inana bilmirəm. Tinkerbell üçün darıxacağam və həyatımın sonunadək onu unutmayacağam. Səni sevirəm, Tinkerbell..."
Dünya şou-biznesinin ən məşhur qlamur ulduzu, amerikalı Peris Hiltonun çixuaxua cinsindən olan "Tinkerbell" adlı köpəyi ölüb.
Milli.Az bildirir ki, 34 yaşlı Peris Hilton dünən axşam ölmüş iti ilə bağlı İnstagram-da fotolar paylaşıb, dərd və qəm içində olduğunu göstərib.
Hiltonun pişik boyda itinin ölümü Qərbin ən nüfuzlu, populyar mass-media vasitələrində səhər saatlarından etibarən az qala günün xəbəridir.
Paris Hilton köpəyini ilk dəfə ABŞ-ın FOX telekanalındakı "The Simple Life" realiti-şousunda göstərmişdi.
Daha sonra bu köpəyin "karyerası" başlanmışdı. Tinkerbell NBC telekanalındakı "I Want To Be A Hilton" şousunda az qala "ulduz"a çevrilmişdi.
Paris Hilton köpəyini özü ilə bir çox tədbirlərə və şoulara, habelə təntənəli mərasimlərə aparmışdı.
Milyarder qızının iti qırmızı xalıda sahibinin qucağında "poza"lar da vermişdi.
Paris Hilton İnstagram-dakı profilində başsağlıqlarını qəbul edir.
Bəzi istifadəçilər isə bu absurd, sərsəm olayı ələ salaraq "İt ol, amma Parisin iti ol" yazıblar.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.