Dünya
Qazaxıstan preizdenti İrana səfərə gedəcək
Bakı. 13 aprel. REPORT.AZ/ Qazaxıstan prezidenti Nursultan Nazarbayevin bu il İrana səfər etməsi gözlənilir.
"Report" "newskaz"a istinadən xəbər verir ki, bu haqda Qazaxıstanın xarici işlər naziri Erlan İdrisov bildirib.
"İran prezidenti Həsən Ruhaninin Qazaxıstana səfəri zamanı iki ölkə arasında "yol xəritəsi" imzalanıb. Bu məsələ ilə bağlı hökumətlərarası komissiya fəaliyyət göstərir. İşgüzar Şurada iş başlayıb. Biz Qazaxıstan prezidentinin İrana cavab səfərini də müzakirə etmişik", - nazir Qazaxıstan Xarici İşlər Nazirliyndə keçirdiyi mətbuat konfransında vurğulayıb.
O, İranın xarici işlər naziri Məhəmmədcavad Zəriflə bri sıra məsələləri müzakirə etdikərini də bildirib.