İqtisadiyyat
“Qatar Airways” endirim kampaniyasına başlayıb
Bakı, 20 aprel,
AZƏRTAC“Qatar Airways” endirim kampaniyasına başlayıb.
Aviaşirkətin Bakı nümayəndəliyindən
AZƏRTAC-a bildiriblər ki, sərnişinlər Bakıdan Muskat, Amman və Abu Dabi şəhərlərinə və ya Londona endirimli qiymətlərlə səfər edə bilərlər.
Kampaniya aprelin 29-dan mayın 7-dək olan dövrü əhatə edir. Biletlərin satış müddəti isə 13-29 aprel tarixləridir. Güzəştli qiymətlər ekonom üçün – O və biznes üçün – I sinifindən tətbiq edilir. Məntəqədə qalma müddəti isə ekonom (O) və biznes (İ) sinifləri üçün - ən azı 2 gün və ən çox 1 ay təşkil edir.
Bilet sifariş etmək və əlavə məlumat almaq istəyənlər “Qatar Airways”in Bakı ofisi ilə əlaqə saxlaya bilərlər: (+994 12) 404 89 01/02.