İqtisadiyyat

“Qatar Airways”dən xüsusi güzəştli yaz endirim kampaniyası

Metbuat.az

Bakı, 1 aprel,

AZƏRTAC

“Qatar Airways” Bakıdan Asiyanın bəzi ölkələrinə uçuşlara xüsusi yaz endirim kampaniyası keçirir.


Aviaşirkətin Bakı nümayəndəliyindən

AZƏRTAC

-a bildiriblər ki, sərnişinlər Banqkok, Kuala Lumpur, Cakarta və ya Sinqapur şəhərlərinə endirimli qiymətlərlə səfər edə bilərlər.


Kampaniya mayın 15-dək alınan biletlərə şamil olunur. Uçuş tarixləri isə aprelin 30-dan iyunun 17-dək olan dövrü əhatə edir.


Güzəştlər yalnız “ekonom sinif”li biletlərə aiddir. Bilet sifariş etmək və əlavə məlumat almaq istəyənlər “Qatar Airways”in Bakı ofisi ilə əlaqə saxlaya bilərlər: (+994 12) 404 89 01/02.