İqtisadiyyat

Qahirədə Azərbaycan və Misir hökumətlərarası müştərək komissiyasının toplantısı keçiriləcək

Metbuat.az

Bakı, 8 aprel, Ülviyyə Məmmədli,

AZƏRTAC

Bu ilin son rübündə Qahirədə Azərbaycan və Misir hökumətlərarası müştərək komissiyasının toplantısı keçiriləcək.


AZƏRTAC

xəbər verir ki, bu barədə Misirin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Heysəm Cəlal məlumat verib.


Diplomat bildirib ki, toplantıda Misir və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi, ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələlər müzakirə ediləcək.