Maraqlı
Videonu izləmək üçün şəklə klikləyin.
Qadın olmaq istədi, eybəcərləşdi - VİDEO - FOTO
"Uşaqlıq illərimdə qız olmaq istədiyimi anladım. Yeniyetməlik və gəncliyimdə bu hisslər daha da gücləndi. Yadımdadır, atam basketbol oynamağım üçün top almışdı. Basketbol oynamaq əvəzinə həmin topu qarnıma qoyub özümü hamilə qadın kimi təsəvvür edirdim. Qadın olmaq istəyirdim. Bu istəyin, hisslərin anormal olduğunu bilirdim. Amma illər sonra başa düşdüm ki, homoseksual deyiləm, transseksualam. Sonra cərrahiyyə əməliyyatlarına məruz qaldım, cinsimi dəyişdirdim. Həyatımdakı bəlalar da o əməliyyatlardan sonra başlandı".
ABŞ-ın Nyu-York şəhərində doğulan, hazırda Filadelfiyada yaşayan Raji Narinesinqh transseksualdır. O, illər əvvəl cinsini dəyişib, kişi yox, qadın olub.
Milli.Az Barcroft TV-yə istinadən bildirir ki, dəyişiklik Narinesinqhi gözəlləşdirməyib. Əksinə, o, çox eybəcər insan təsir bağışlayır.
Səbəb isə Narinesinqhin məruz qaldığı çoxsaylı plastik cərrahiyyə əməliyyatlarının tam əksəriyyətinin kustar yolla, diletantlar tərəfindən aparılmasıdır.
Belə əməliyyatlar Rajini eybəcərləşdirib, az qala monstra çevirib.
Əməliyyatların çoxunu pasiyentlərini şikəst etməyi ilə tanınan və artıq həbs olunan Ron Morris O-Nil aparıb.
Rajinin sinə və yambızlarının ölçülərini artırmaq arzusunu "çin" edən bu cərrah zavallı transseksualın vücuduna plastik sement və hermetiklər vurub.
Plastik sement superyapışqan, inşaat yapışqanı və neft məhsullarından hazırlanmışdı.
Morris 2005-ci ildə Rajinin yanaqlarında, dodaqlarında və çənəsində əməliyyatlar aparmışdı.
Rajinin dediyinə görə, o vaxtlar "normal" plastik cərrahın yanına yollanmaq üçün yetərincə pulu olmadığı üçün Morrisə üz tutmuşdu.
2014-cü ildə isə Rajinin üzündə və bədənində inyeksiya yerləri şişməyə, əyilməyə başlayıb.
İndi o, reabilitasiya müalicə kursu keçir və bədənindəki eybəcərlikləri aradan qaldırmaq üçün yeni əməliyyatlara hazırlaşır.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.